Rusiyada yaşa görə sığorta pensiyalarının və bəzi güzəştli pensiyaların vətəndaşın müraciəti olmadan avtomatik təyin edilməsi nəzərdə tutulur. Bununla bağlı Əmək Nazirliyinin hazırladığı qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.
Sherg.az xəbər verir ki, yeni qaydalara əsasən, vətəndaş pensiya yaşına çatdıqda pensiya avtomatik hesablanacaq və təyin ediləcək. Bunun üçün əlavə ərizə və ya sənəd təqdim etməyə ehtiyac qalmayacaq.
Nazirlik bildirir ki, lazımi məlumatlar -əmək stajı, pensiya əmsalları, uşaqların sayı və digər göstəricilər artıq dövlətin məlumat bazalarında mövcuddur. Yenilik çoxuşaqlı analara və əlilliyi olan uşağın valideynlərindən birinə verilən vaxtından əvvəl pensiyalara da şamil olunacaq.
Hazırda Rusiyada yaşa görə pensiya təyin edilməsi üçün vətəndaşın şəxsən və ya elektron qaydada müraciət etməsi tələb olunur. Yeni sistem bu prosesi tam avtomatlaşdırmağı hədəfləyir.