Səfir: Ukraynanın cəbhə xəttindəki bölgələrdən bir qrup uşaq Azərbaycana gətirilib

“Ukraynanın Xarkov və Xerson vilayətlərindən, cəbhə xəttində yerləşən və Rusiya hücumlarından ciddi zərər çəkmiş bölgələrdən bir qrup uşaq Azərbaycana gətirilib".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevə, hökumətə və bütün Azərbaycan xalqına ukraynalı uşaqlara göstərdiyi dəstəyə görə çox minnətdarıq. Biz bunu heç vaxt unutmayacağıq. Bu, Ukrayna və Azərbaycan uşaqlarını, ailələri və xalqlarımızı birləşdirən çox mühüm proqramdır. Çox sağ ol, Azərbaycan”, – Ukraynanın Azərbaycandakı səfiri bildirib".

Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar zərər çəkən növbəti qrup ukraynalı uşaq bu gün Azərbaycana gətirilir. Ötən dövrdə Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan 450-yə yaxın uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.