
Sosioloq: Aliment fondunun yaradılması təqdirəlayiqdir
10:08 21.05.2025
Sosial
459
Azərbaycanda Ailment Fondunun yaradılması təklif olunur.
Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, komitə Aliment Fondunun yaradılmasını təklif edir.
Qeyd edək ki, İnsan hüquqları üzrə Müvəkkilin (ombudsman) 2024-cü ilə dair hesabatında da Aliment Fondunun yaradılması təklifi yer almışdı.
Bəzi deputatlar isə qeyd etmişdilər ki, fondun yaradılması saxta boşanmaların sayını artıra bilər.
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, Aliment fondunun yaradılması ilə bağlı təklif ötən illərdən mütəxəssislər tərəfindən irəli sürülmüşdü:

“Hər kəs bu fondun yaradılmasının məqsədəuyğun olduğunu düşünürdü. Çünki fonda toplanan vəsait boşanmış ailələrin maddi vəziyyətinə görə uşaqlara ayrıla, belə ailələrin övladlarının hər biri eyni hüquqa sahib olar və eyni məbləğdən bəhlənə bilər. Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsinin bu təklifi gündəmə gətirib yenidən irəli sürməsi təqdirəlayiqdir. Aliment fondu yaradılarsa və müəyyən edilmiş qanunlar çərçivəsində fəaliyyət göstərərsə, aylarla aliment ala bilməyən, ehtiyacları ilə üz-üzə qalan bir uşaq belə olmaz. Məlumdur ki, 2025-cü il yanvar ayının 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılıb. Təbii ki, qiymətlərin hər gün kosmik sürətlə bahalaşdığı bir ölkədə bu, çox aşağı məbləğdir. Əgər nəzərə alsaq ki, boşanan tərəf minimum əmək haqqından bir qədər artıq əmək haqqı alır, təxminən 500-700 manat civarında, belə insanlar isə yüzlərlədir. Bu təqdirdə, boşanan ailələrdə böyüyən uşaqların da əksəriyyəti yüksək məbləğdə aliment ala bilməyəcək”.
Ekspert qeyd edib ki, 246 manat bir uşağın ay ərzində qidalanmasını və digər ehtiyaclarını ödəyə bilməz:
“Məsələn, uşaq körpədir, süni qida ilə qidalanır, bu isə üç gündən bir alınır. Həmçinin ona gündəlik uşaq bezi lazımdır. Gəlin, görək, 246 manat bir ay ərzində tək bunları almağa imkan verirmi? Bəs bu uşağın digər ehtiyacları da var axı: geyim, həkim müayinəsi, digər yardımçı qidalar və sair. Bir qədər böyüdükdən sonra isə ehtiyaclar ikiqat artır. Qiymətlərə gəlincə isə, bu sahədə ölkədə nəzarət mexanizmi olmadığı üçün bu gün alınan bir məhsulu sabah daha baha qiymətə almalı olursan. Aliment fondu yaradılandan sonra düşünürəm ki, övladını tək böyüdən istər qadın, istərsə də kişi alimet problemi yaşamayacaq. Və kimin bu fonda hansı məbləğdə vəsait ödəyəcəyinə baxmayaraq, yaxşı olardı ki, aliment bütün uşaqlar üçün eyni məbləğdə müəyyənləşdirilsin. Düşünürəm ki, aliment fonudunun yaradılması elə bu məsələnin də həlli olacaq. Eyni zamanda alimentin xərclənməsinə də nəzarət olmalıdır ki, bəzi valideynlər uşağın haqqı olan məbləği öz şəxsi ehtiyacı üçün xərcləyib onu bundan məhrum etməsin. Söhbət gələcəyimiz olan uşaqlardan, onların inkişafından, sağlam böyüməsindən, təhsilindən, bir sözlə, cəmiyyətə layiqli bir vətəndaş kimi verilməsindən gedir. Bu gün 246 manat aliment çox aşağı məbləğdir, bunu həm də bütün uşaqlar ala bilmir. Bu təqdirdə ümidvaram ki, təklif reallaşar və alimentin eyni məbləğdə olmasına və xüsusilə də hər bir uşağın haqqı olandan istifadə etməsinə şərait yaradar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual