
Sosioloq: Nikahdankənar doğulan uşaqlar...
11:30 31.05.2024
Sosial
882
2023-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 15 622 nəfər olub.
APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, bunlardan şəhər yerlərində doğulanların sayı 6 019, kənd yerlərində doğulanların sayı isə 9 603 nəfər olub.
Xatırladaq ki, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2015-ci ildə 24 038, 2020-ci ildə 17 714, 2021-ci ildə 17 566, 2022-ci ildə isə 18 814 nəfər olub.
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, nikahdankənar uşaqların doğulmasına görə 2015-ci il ilə müqayisədə statistik göstəricilər azalmaya doğru gedir:

“Bu azalan rəqəmlər çox gözəl göstəricidir. Lakin təəssüf edirəm ki, 2022-ci ildə göstərilən rəqəm əvvəlki illərə nisbətən qalxıb. 2024-cü ilin statistikası isə hələ açıqlanmayıb. Açıqlanandan sonra əvvəlki illəri müqayisə edərək artım və azalmanın necə hərəkət etdiyini müşahidə edə bilərik. Nikahdankənar uşaqların doğulması ilə bağlı ölkədə aparılan maarifləndirmə işlərinin sayəsində azalmalar müşahidə edilir. Lakin 2022-ci ildə bu rəqəmin yüksək olması ürəkaçan mənzərə deyil. Buna görədə maarifləndirmə işləri tək Bakıda deyil, ölkənin ən ucqar kəndlərində də davam etdirilməlidir. Fikir versək görərik ki, nikahdankənar doğulan uşaqlar kənd yerlərində daha çoxdur. Bunun da səbəbi kənd yerlərində maarifləndirmə işlərinin zəif səviyyədə qurulmasıdır. Bakıda, Gəncədə, Naxçıvanda, Sumqayıtda və böyük şəhərlərdə maarifləndirmə işləri aparıb daha sonra sənədləşdirib və sənədlərin içinə yerləşdirməklə iş bitmir. Ən ucqar kəndlərdə də maarifləndirmə işləri aparmaq lazımdır ki, erkən nikahlar yox səviyyəsində olsun. Erkən nikahın özü nikahdankənar uşağın doğulmasına sövq edən məsələdir. Yaşı 18 olmayan şəxslərə dövlət rəsmi nikah kəsmir. Rəsmi nikahı olmayandan sonra doğulan uşaqların hər biri qeyri-rəsmi doğulan uşaqlar kimi statiskaya alınır. Ona görə də maarifləndirmə işlərini təkmilləşdirmək lazımdır ki, bu göstəricilər azalmaya doğru getsin. 2021-ci ilə qədər azalmadan sonra 2022-ci ildə bu qədər artımın olması Adiyyatı Qurumlar üçün mənfi haldır. Düşünürəm ki, Ailə Məcəlləsində nikah yaşı 18 yaş maddəsi müəyyən olunub. Bu yaşdan aşağı çox az hallarda ailə qurula bilər. Bu maddə nikahdankənar uşaqların doğulmasının və erkən nikahların qarşısını xeyli alıb. Lakin məsələ tək o Məcəlləyə maddənin salınması deyil. Maarifləndirmə işləri aparmaq lazımdır. Çünki nikahdankənar doğulan uşaqlar gələcək ailə üçün problemlər, boşanmalar və uşaqların ölümlərinə səbəbiyyət verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət