
Subaylıq sindromu: Gənclər evlilikdən niyə qorxurlar? -Sosioloqdan AÇIQLAMA
11:10 15.10.2024
Sosial
326
Bu ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 30788 nikah və 14248 boşanma halları qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komtəsindən məlumat verilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,0-dan 4,5-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.
Maraqlıdır, ölkədə nikahların sayının azalmasına səbəb nədir? Problemi necə aradan qaldırmaq olar?
Suallarımızı cavablandıran sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a söyləyib ki, son illər ölkədə nikahların sayında azalma dinamikası müşahidə edilir:

''Bunun bir çox səbəbləri var. İlk növbədə əhalinin içərisində gənclərin sayı aşağı enib. Məsələn, 10 il öncə Azərbaycanda gənclərin sayı ölkə əhalisinin təqribən 30 faizin təşkil edirdi. İndi isə bu rəqəm 21 faizə düşüb. Əlavə olaraq il ərzində 600-ə yaxın gənc müxtəlif məqsədlərlə ölkəni tərk edir. Həmçinin, evlənmə yaşı çoxalıb. Əvvəllər gənclər 18-20 yaşda evlənirdilər, indiki vaxtda isə onlar öncə təhsil alıb işi,evi olduqdan sonra, evlənmək qərarına gəlirlər. Bu səbəbdən oğlanlar daha çox 30-35, qızlar 24-25 yaşında ailə həyatı qururlar. Həmçinin, boşanmaların sayı pik həddə çatdığı üçün gənclər nikahdan qorxur. Bununla yanaşı, evliliyə maraq da azalıb. Məsələn, Asiya ölkələri özəlliklə Çin və Yaponiyada gənclər arasında subaylıq sindromu yayılıb. Beləki, cavanlar daha çox sosial şəbəkədə olduqları üçün real həyatda ünsiyyətdən qaçırlar. Bizdə də həmin tendensiya müşahidə edilir. Təəssüf ki, boşananların sayı da getdikcə artır. Bu nüans ailə dayanıqlılığının zəif olduğunu göstərir. Boşanmaların artması gələcəkdə dövlətə əlavə maliyyə yükünün yaranmasına səbəb olacaq''.
Ekspert diqqətə çatdırıb ki, insanlar eqoist, ailə dəyərlərindən kənar həyat tərzi sürməyə çalışırlar:
''Qadınlar artıq işləyib ayaqları üstündə dura bildiklərinə görə, kişilərin hər kaprizinə dözmürlər. İstənilən halda ailə dayanqlığını möhkəmləndirmək naminə tədbirlər görülməlidir. Klassik ailə dəyərləri saxlanılmalıdır. Boşanmalara səbəb olan problemlər həll edilməlidir. Gənc ailələrə dəstək proqramları genişləndirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
11:10 17.12.2025
Hadisə
Bakıda 31 yaşlı qadın dəm qazından boğularaq ölüb
11:09 17.12.2025
Hadisə
Ermənistanla sülh an məsələsidir -Analitik
10:33 17.12.2025
Siyasət
Tramp: Obama İrana görə dünyadan imtina etmişdi
10:25 17.12.2025
Dünya
Paşinyan üçün seçkilər yalnız başlanğıcdır -Politoloq
10:16 17.12.2025
Cənubi Qafqaz
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
10:07 17.12.2025
İqtisadiyyat
Analitik: Berlindəki görüş Ukraynanın xeyrinə irəlilədi
09:40 17.12.2025
Dünya
İranda yaşayış binası çökdü
08:39 17.12.2025
Hadisə
Lavrov mesajları ilə qonşu ölkələri qorxutmağa çalışır
08:03 17.12.2025
Dünya
Bratislavada hökumət əleyhinə etiraz aksiyası keçirildi
06:47 17.12.2025
Dünya
Yeddi ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan edilib
04:25 17.12.2025
Dünya
Tayland Kambocadan atəşkəs elanı tələb etdi
03:32 17.12.2025
Dünya
Makqreqor 17 il sonra onunla evləndi
02:34 17.12.2025
İdman
Ağ Evin aparat rəhbəri: Tramp alkoqolik xarakterinə malik şəxsdir
01:26 17.12.2025
Dünya
"Sabah" komandası FIBA Çempionlar Liqasında mübarizəni dayandırıb
01:12 17.12.2025
İdman