
Vüqar Bayramov: Xanımların pensiya yaşı mərhələli şəkildə 65-ə çatdırılacaq
12:01 06.06.2024
Sosial
525
Azərbaycanda 2024-cü il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.
Ölkədə 1 iyul 2023 - 30 iyun 2024-cü il tarixində kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay olacaq.
1 iyul 2024 - 30 iyun 2025-ci il tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 64 il olacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Deputat Vüqar Bayramov “Sherg.az”a bildirib ki, pensiya yaşının dəyişdirilməsi 2018-ci ildə qəbul edilmiş pensiya qanunvericiliyindəki dəyişikliklərə uyğun olaraq həyata keçirilir:

“Kişilərin pensiya yaşının 65-ə, xanımların pensiya yaşının isə mərhələli şəkildə 65-ə çatdırılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə qəbul edilmiş dəyişikliklərə əsasən hər il qadınların pensiya yaşının yarım il artırılması nəzərdə tutulub. Həmin qərara uyğun olaraq da xanımların pensiya yaşında məhz dəyişikliklər baş verir. Bu yeni qəbul edilmiş bir qaydalar deyil. Bu qaydalar 2018-ci ildə qəbul edilmiş qaydalara əsasən baş verən dəyişikliklərdir. Ancaq bütün bunlarla yanaşı, biz pensiya yaşına differensial yanaşmanı təklif edirik. Bizim təklifimiz ondan ibarətdir ki, bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi qadınlarla, kişilərin pensiya yaşının fərqləndirilməsi həyata keçirilsin. Ümumiyyətlə nəzər alsaq ki, qadınların pensiya yaşında sosial təminata daha çox ehtiyac olur. Təklifimiz budur ki, qadınlar kişilərlə müqayisədə 3 il tez pensiyaya çıxmaq hüququ əldə etsinlər. Xüsusəndə o yaşda olan qadınların sosial təminatını daha yaxından gücləndirilməsi baxımından da vacibdir. Bununla bağlı təkliflərimizi Milli Məclisin müzakirələrində də təqdim etmişik. Düşünürəm ki, uyğun dövlət qurumu tərəfindən bu təkliflərin maliyyə yükü hesablandıqdan sonra bu istiqamətdə qərarların verilməsi mümkün ola bilər. Nəzərə alsaq ki, bir sıra inkişaf etmiş ölkələr, o cümlədən də Avropa ölkələrində qadınlarla kişilərin pensiya yaşı arasında fərq var. Oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğun olardı.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq