
Yasamalda TƏHLÜKƏ: Sakinlər Bakı merindən və rayon icra başçısından yardım gözləyir
Yusif Nəzərli
12:46 18.06.2024
Sosial
646
“YASAMAL 6” MMMC-nin icraçı direktoru Rahib Əliyev Həsən bəy Zərdabi küçəsi, 84 ünvanında yaşayan sakinlərin adından Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Yasamal rayon İcra Hakimiyyətinin başçısı Eldar Həsənova məktubla müraciət edib.

Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binada yerləşən Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin icraçı direktoru Rahib Əliyev göstərilən ünvanda yaşayan mənzil mülkiyyətçilərinin qarşılaşdığı problem barədə məktubunda məlumat verərək sakinlərin aidiyyəti qurumlardan yardım gözlədiyini qeyd edib. Məktubda Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq COP-29 tədbiri ərəfəsində paytaxtda aparılan abadlıq işləri vurğulanır, göstərilən ünvanda yerləşən binanın da təmirinə ciddi ehtiyac yarandığı qeyd edilir. Məktubda deyilir:
“Yazıb nəzərinizə çatdırmaq istəyirik ki, qeyd olunan ünvanda yerləşən binamız 2003-cü ildə yaşayışa təhvil verilmişdir. İllər keçdikcə bina köhnələrək yağış və soyuq hava şəraitindən amortizasiyaya məruz qalmış və küçəyə baxan hissəsinin fasadında ciddi problemlər yaranmışdır. Belə ki, fasadın rəngi suvaq qarışıq qopur və yerə tökülür, bu da binaətrafı yoldan keçən piyadalara və bina sakinlərinə həyati təhlükə yaradır. Eyni zamanda Cənab Prezidentimizin yürütdüyü siyasətə və yaxın gələcəkdə keçiriləcək COP-29 tədbiri üzrə hazırlıqlara əsaslanaraq, aparılan abadlıq işlərinin ünvanı qeyd olunan binamızda da aparılmasını yəni, üz fasadının yenidən təmir olunaraq rənglənməsinə göstəriş verməyinizi Sizdən xahiş edirik. Diqqətinizə görə dərin təşəkkürümüzü bildiririk”.
Məktubda vurğulanır ki, bina sakinləri əlaqədar təşkilatların onların müraciətinə həssas yanaşacaqlarına inanırlar. Əgər tədbir görülməsə Cənab Prezidentə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmək məcburiyyətində qalacaqlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial