
Zəhərlənənlərin statistikası: AQTA-nın əsasnaməsində ciddi dəyişikliyə ehtiyac var
11:29 12.08.2024
Sosial
379
Göygöldə kütləvi zəhərlənmə olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Toğanalı kəndində yerləşən restonların birində qeydə alınıb. Hadisə yerinə Göygöl Rayon Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunublar. Zəhərlənmənin vətəndaşların özləri ilə restorana gətirdiyi qidaların səbəb olduğu ehtimal edilir. Zəhərlənənlərin sayı 20 nəfərə çatıb. Faktla bağlı araşdırma aparılır. Gəncə şəhərində də kütləvi zəhərlənmə faktı qeydə alınıb. “Sherg.az”"ın məlumatına görə, şəhərdə keçirilən yas mərasimlərin birində 40-dan çox qonaq zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Dünyanın hər yerində kütləvi zəhərlənmələrin mövcud olduğunu deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanda zəhərlənənlərin statistikası cidd-cəhdlə gizlədilir:

''Belə ki, göstəricilərdə zəhərlənənlərin sayı 700-dən az göstərilir. Sözügedən işlərə nəzarət edən dövlət orqanları bununla sanki, "başını kolluğa soxmuş qırqovula" bənzəyirlər. Onlar statistikaya böyük həzlə baxırlar. Dünyada azərbaycanlılar uzunömürlülüyünə görə, 190 ölkə arasında 115-ci yerdədir. Hər il ölkəmizin müxtəlif istiqamətlərinə vəziyyəti müşahidə etmək üçün yollanarkən Gəncədən-Göygölə qədər iaşə obyektlərinə tənqidi fikirlər bildirmişəm. Birinci olaraq qab yuyulan yerə nəzər yetirirəm. Qərb zonasında çox vaxt qadınlar əllərində çirkli dəsmal ilə qab yuyurlar. Orada isə kiçik çay axır. Bir tərəfdə pampers, digərində qab yuyulur, üz qırxılır. Bir sözlə, həmin ərazidə ümumi atmosfer antisanitariyadır. Yəni, vəziyyət çox ağırdır. Ölkənin digər yerlərində də buna bənzər hallar var. Məsələn, Şimal zonasında da bu kimi faktlar müşahidə olunur. Bütün zəhərlənmələrin səbəbi istehlakçı hüquqlarının yox səviyyəsində olmasından qaynaqlanır. Qida Təhlükəsizlik Agentliyinin əsasnaməsi imkan vermir ki, onlar real iş apararaq aktiv yoxlamalar aparsınlar. Bunun üçün uzun prossedur lazımdır. Qida Təhlükəsizlik Agentliyinin əsasnaməsində ciddi dəyişikliyə ehtiyac var''.
E. Hüseynov vurğulayıb ki, statistikanın gizlədilməsində AQTA fəal iştirak edir:
''Çünki saytlarında bunun haqda ətraflı məlumat verilir. Qida Təhlükəsizlik Agentliyinin qida təhlükəsizliyinin təmin olunmasına dair dövlət strategiyası sənədinin qlobal meyillər bölməsində göstərilir ki, dünyada hər il 10 nəfərdən biri zəhərlənir. Bizim ölkədə isə bu rəqəm 700-dən azdır. Ona görə də AQTA-nın işini fəallaşdırmaq lazımdır və əhali onlara yaxşı ictimai kömək göstərməlidir. Həmçinin, həmin qurum KİV və əhali ilə birgə işləməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandda ən gənc baş nazir and içdi
21:47 23.02.2026
Dünya
Tramp yenə hədələyib: “Ədalətsiz ölkələr daha pisini görəcək”
21:34 23.02.2026
Gündəm
Qızıl və gümüş yenə bahalaşdı
21:33 23.02.2026
İqtisadiyyat
Dövlət uşaqların himayəsini ailələrə qaytarmağa çalışır - EKSPERT
21:20 23.02.2026
Aktual
Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb
21:11 23.02.2026
Dünya
Pelin 12 illik ərindən ayrılır!
21:00 23.02.2026
Şou
Trampın iqamətgahında zərərsizləşdirilən gənc rəssam imiş
20:43 23.02.2026
Dünya
Zelenski sabiq baş komandan Zalujnıya cavab verib
20:35 23.02.2026
Dünya
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya