Məşhur model kraliça obrazında - Fotolar


Dünyanın ən gənc milyarderi olan Kayli Cenner Amerikanın “Harpers Bazaar” jurnalı üçün fotosessiya etdirib.

Axşam.az xəbər verir ki, 22 yaşlı model nəşrin yeni çəkilişi üçün Fransa kraliçası Mariya Antuanettanın obrazını yaradıb.

Məşhur brendlərə məxsus geyimlərdə kamera qarşısına keçən Kaylini 2 yaşlı qızı Stormi də tək qoymayıb.

Qeyd edək ki, Kayli Cenner bir müddət əvvəl qızı ilə birlikdə hazırladığı yeni kosmetika kolleksiyasını təqdim etmişdi.