Aşıq Sədaqət Ulduzun əri başqa ölkədə yaşayır


Aşıq Ulduz Sönməzin müğənni qızı Sədaqət Ulduz "Zaurla Günaydın" verilişinin qonağı olub.
Axşam.az xəbər verir ki, aparıcı Sədaqətə ərə getməsi haqda suallar ünvanlayıb. İfaçı "Ərinə qulluq edə bilirsən? Nə olub aç de" sözlərinə belə cavab verib:

"Görəndə qulluq edirəm. Həyat yoldaşım başqa ölkədə yaşayır. Əvvəl Türkiyədə idi, indi ordan köçüb. Gec-gec görürəm".

Zaur Baxşəliyev isə "Ərindən yaxşı danışmadın, ürəyim açılmadı. Nəsə var" sözlərini söyləyib.

Qeyd edək ki, Sədaqətin Bakıdakı toyu bəysiz olmuşdu. O, oğlan toyunun başqa ölkədə baş tutduğunu demişdi.