Yeni sevgilisinin evindən çıxarkən görüntüləndi


Dünyaca məşhur repçi Dreyk Mərakeş əsilli model İmaam Hammam ilə münasibətə başlayıb.
Axşam.az xəbər verir ki, ifaçı bu barədə suallara cavab verməkdən imtina etsə də, tez-tez 23 yaşlı modellə birlikdə görüntülənir.

Fevralın 5-də cütlük Nyu-Yorkda keçirilən moda həftəsinə gediblər. Ertəsi gün isə Dreyk modelin evindən çıxarkən görüntülənib.

Repçinin sosial şəbəkələrdə İmaamın şəkillərinə ürək emojisi də qoyduğu deyilir.