"Ramo"ya hücum oldu


 Murad Yıdırım eşqi izdiham yaratdı



Bu mövsüm yayımına başlanan və qısa müddətdə fenomen halına gələn "Ramo" serialı, Adana bazarında reallaşan çəkilişlər zamanı xalqın böyük marağına səbəb oldu. Murad Yıdırımı görmək istəyən minlərlə adam izdiham yaratdı.

Hər kəs serialın baş rol ifaçısı Murad Yıddırımı görmək istədiyinə görə set bir müddətə dayandı. İzdihamın yaşandığı setdə Murad  təhlükəsizlik gücləriylə avtomobilə mindirildi, ancaq pərəstişkarları avtomobilin ətrafını dövrəyə alaraq şəkil çəkdirməyə çalışdı.

Turan