“Həyat sadəcə sosial şəbəkələrdən ibarət deyil" - Merve Özbey


Ana olmaq üçün gün sayan müğənni Merve Özbey bir çox dostunu həyatından çıxartdığını açıqlayıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, o sadəcə işi düşəndə onu axtaran dostları ilə daha görüşməyəcəyini bildirib:

“Həyat sadəcə sosial şəbəkələrdən ibarət deyil. 3-4 gün məni İnstaqramda görməyənlər başqa sosial şəbəkələrdən mesaj yazırlar. Halbuki, telefonum var, zəng edə bilərlər. Xüsusi günlərimdə məni axtarmayanlar işləri düşəndə zəng edirlər. Artıq vəfasızlıq dövrümüzün xəstəliyi olub”.