“2020-ci il əyləncəli və pozitiv keçdi”

Aktrisa Keyt Hyudson pandemiya dövrünü necə keçirdiyindən danışıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa “InStyle” jurnalına verdiyi müsahibəsi zamanı karantini evdə ailəsi ilə birlikdə keçirdiyini açıqlayıb:

“Bu müddət ərzində övladlarımla birlikdə çoxlu vaxt keçirdik. Əvvəl işlərim səbəbi ilə belə şansım olmurdu. Gözəl libasları sevirəm. Buna görə də hərdən evdə uşaqlarımla dəfilələr təşkil edirdik. Fikrimcə 2020-ci il əyləncəli və pozitiv keçdi. Hərkəs nəyə ehtiyacı olduğunu və onu nəyin xoşbəxt etdiyini anladı”.