Müğənni Ayan Türkiyədə şirkət açıb, onunla dolanır


Müğənni Ayan Babakişiyeva “Hüseynova Bacıları” proqramının qonağı olub.

 Sənətçi “Pandemiya dövrüdür, toylar da yoxdur, dolanışığını necə təmin edirsən” sualına belə cavab verib:

“Tək müğənniliklə dolanmıram. 3 il Türkiyədə yaşadım. Başımı işlədərək orada böyük bir şirkət açdım. İxracat şirkətidir. Lakin pandemiya olduğundan o iş də dayandı. Ondan 2 il əvvəl isə yaxın rəfiqəmin böyük fabriki var idi, ora kiçik hissədar kimi şərik oldum. İndi ordan gələn gəlirlə həyatımı normal şəkildə təmin edə bilirəm”.