"Sevgilisi də, özü də hokkabazdır"

Son zamanlar aktyor Can Yaman istər şəxsi həyatı, istərsə də karyerası ilə bağlı yayılan xəbərlərlə mətbuatın gündəmindən düşmür. Onun İtaliyadakı uğuruna sevinənlər olsa da, bunların hamsının qurma və reklam olduğunu deyənlər də az deyil.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, aktyor bu dəfə türkiyəli idman şərhçisi Ahmet Çakarın tənqidinə tuş gəlib.

O, Canın İtaliyadakı məşhurluğunu qəbul etməyərək, aktyoru “hokkabaz” adlandırıb:

“Yaman məşhur aktyor ola bilər. Amma sevgilisi də, özüdə hokkabazdır. Oradakı insanlara pul verir ki, ətrafına yığışsınlar. Guya, onun fanatlarıdır”.