Cütlük gözlənməyən anda ayrılmaq qərarına gəlib


“İstanbullu gelin” serialı ilə ulduzu parıldayan aktrisa Dilara Aksüyek və “Arka sokaklar”ın Tekini Onur Bay uzun müddətdir eşq yaşayırdı. Aralarında böyük yaş fərqi olan cütlük gözlənməyən anda birdən- birə ayrılmaq qərarına gəlib.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, ötən gün Cihangirdə kameralara tuş gələn aktrisa jurnalistlərlə bir az söhbət edib.

Dilara Onurla aralarında yaşanan anlaşılmazlıq səbəbindən ayrıldığını deyib.

Qeyd edək ki, cütlük yaşadığı sevgi münasibətindən çox, aralarında 9 il yaş fərqi olması ilə səs-küyə səbəb olub.