Hadisə sevgisini biləyinə həkk etdirib 

Şəxsi həyatı ilə mətbuatın gündəmdən düşməyən Hadisə bu dəfə yeni döyməsi ilə xeyli diqqət çəkib.

Sherg.az "Axşam.az"-a istnadən bildirir ki, sənətçi sevgilisi Kaan Yıldırımla öz adının baş hərfini biləyinə həkk etdirib.
Hadisə fotolar çəkdirərək bu yeniliyi İnstaqram istifadəçiləri ilə bölüşüb. Onun yeni döyməsi sosial media istifadəçilərinin müzakirə obyektinə çevrilib və çox bəyənilib.

Qeyd edək ki, Hadisə bir müddət əvvəl də ayağındakı "eşq" sözü yazılan döyməsi ilə də xeyli müzakirə edilib.