Nadirdən sərt tənqid: "...Qeyrətdən elə danışırlar ki, adam daşa dönür"

""Tiktok" bir nömrəli əxlaqsızlıq yuvasıdır. Hələ orada normal bir video görməmişəm".   
 "Sherg.az" xəbər verir ki, bu barədə müğənni Nadir Qafarzadə aparıcı, prodüser Tarix Əliyevin(Tolik) İnstaqram paylaşımına yazıb. O fikirlərinə bunları da əlavə edib: 

"Tiktok" hesabım yoxdur, olmasını da istəmərəm. Görəsən ordakı qız, gəlin, qadınların bir sahibi var, ya yox? Onların qardaşları, ərləri, ataları qeyrətdən elə danışırlar ki, adam daşa dönür".

Məlumat üçün qeyd edək ki, Tolik "Tiktok"da çəkdiyi videosunu paylaşıb.