Ədalət Şükürov Oksana Rəsulovanı tanımadı 

“Sırf bu geyim, makyaj Sevda Yahyayevanın toyu üçün hazırlanıb.  Bu toya hədsiz dərəcədə hazırlaşırdım və çox səbirsizliklə gözləyirdim”.
“Sherg.az” xəbər verir ki, bunu aktrisa, rəqqasə Oksana Rəsulova müğənni Sevda Yahyayevanın toyunda deyib.
“Söz Baz” verilişinin müxbirinin sualını cavablandıran O. Rəsulovanı görən xalq artisti Ədalət Şükürov onu tanımayıb.  O, Oksana Rəsulovanı yaxşı mənada çox dəyişdiyini bildirib.
Qeyd edək ki, Ə.Şükürov  3 ildən çoxdur O.Rəsulova ilə rastlaşmayıb.