“Mən bütün günümü övladlarıma həsr edən anayam. Onların gələcəyini və sağlamlıqlarını düşünən ana”.
“Sherg.az” xəbər verir ki, bu sözləri əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana şəxsi İnstaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
O qeyd edib ki, keçmiş qaynanam deyir ki, onlar Moskavada olanda uşaqlar hava üzü görməyib, ac qalıblar:
“O qədər yalan danışırlar... Məcburam uşaqlarımı necə saxladığım barədə videolar paylaşım. Bütün günü bağda hovuzda istirahət ediblər”.
Bir neçə gün əvvəl M.İsgəndərlinin oğlu Kərimlə Canana arasında məhkəmə prosesi baş tutub. Qərara əsasən üç övlad ataya verilib.