Orxan Babazadə evlənməyə hazırlaşır


"Bazar Düzü" verilişinin növbəti qonağı müğənni Orxan Babazadə olub.

Sherg.az xəbər verir ki, müğənni evlənməyə hazırlaşdığını açıqlayıb:

"Sual verirdilər ki, "niyə evlənmirsən?". Çünki özümü hazır hiss etmirdim. Əsgərlikdən gələndən sonra atam "evlənmək istəyirsənmi" deyə soruşanda "yox" demişdim. Ailə qurmaq məsuliyyətli  işdir. İndi özümü hazır hiss edirəm, qısa bir müddətdə onun kim olduğunu da biləcəksiz".