Məşhur qadın müğənni rejissor-aktyor Kənan MM-i döydürmək üçün adam tutub.
"Sherg.az"xəbər verir ki, o bu barədə "Onun sirri" verilişində danışıb.
Kənan MM həmin qadının rəhmətə getdiyini bildirib:
"Elə bir insanın yanına getmişdilər ki. üstümə göndərməyə ondan uşaq istəyirdilər. Adam 4-5 nəfər toplamışdı. Qapıdan çıxanda ünvan, telefon soruşmuşdu. Hədəfin mən olduğunu görmüşdü. O mənim idman yoldaşım idi. Hadisədən 4-5 il sonra hadisə haqda söz açmışdı".
Aktyor-rejissor Kənan MM, qadın müğənninin onu döydürmək istəməsinin səbəbini deyib:
"Bəzi xüsusiyyətlərini başqa biri ilə müqayisə etmişdim, xoşuna gəlməmişdi. Mənim də xoşuma gəlməzdi, amma bu həqiqətdir. Hər şey xoşumuza gəlmək məcburiyyətində deyil".