Kənan MM-in ölüm xəbəri yayıldı: Morqa gedənlər, evinə gələnlər...

Kənan MM-in ölüm xəbərini yaydılar - açıqlama


Sosial şəbəkədə rejissor-aktyor Kənan MM-in dünyasını dəyişməsi ilə bağlı məlumat yayılıb. 
"Sherg.az" xəbər verir ki, rejissor  "Onun sirri" verilişində məsələyə aydınlıq gətirib.
Kənan MM deyib ki,  o vaxt dostu bu barədə zarafatla paylaşım edib:
 "Samir Xəttab təşkilatçı prodüserdir. Hazırda münasibətimiz çox yaxşıdır. Zarafatla Kənan MM dünyasını dəyişib deyə paylaşım etmişdi. Mən o vaxt “Pərvanələrin rəqsi” serialına çəkilirdim. Həmin ərəfədə telefonumu söndürmüşdüm. Təsəvvür edin, hamı axtarırdı. Xoş hadisə deyil. Adam düşməni ilə belə zarafat etməz. Morqa gedənlər, evimə gələnlər olmuşdu, amma mən çəkilişdə idim. Kaş ki, olmasaydım. Hisslərimi başa düşmək lazımdır, o vaxt çox əsəbiləşmişdim".