Roza hiddətləndi: "Bəsdirin vücudumu müzakirə etdiniz"


"Bəsdirin, vücudumu müzakirə etdiniz".

"Sherg.az" xəbər verir ki, bunu "Tam Vaxtıdır" verilişinin aparıcısı, müğənni Roza Zərgərli deyib.

O, efirdə çəki aldığını söyləyib:

"22 il öncə səhnəyə gələndə də eyni adam idim. Sadəcə indi kilo almışam. O vaxt cavan qızı idim, indi qadınlaşmışam.  Çəki eyni qalsa da, sümük enlənir, bu normaldır".

Qeyd edək ki, son vaxtlar R.Zərgərlinin  vücudu sosial şəbəkələrdə müzakirələrə səbəb olur.