“Mənim musiqiyə öz yanaşma tərzim var. Əgər toyda əsəbləşsəm, aləm bir-birinə dəyər.”
“Sherg.az” xəbər verir ki, bunu “Zaurla Günaydın” verilişində qonaq olan müğənni Mətanət Əsədova deyib.
“El şənliklərində toy sahibinə “İstəyirsən məclisin gözəl keçsin?”- deyə sual verirəm. O da “Əlbəttə, istəməsəm, sizi dəvət etməzdim” söyləyir. Birincisi, məni başa düşən öz ansamblım olmalıdır. Bir baxışdan da korlana bilərəm. Əgər əsəbləşsəm, aləm bir-birinə dəyər. Toyunuza yiyəlik edin”.