Zaur Kamal: “Nadir Qafarzadə 99 yaşında dünyasını dəyişdi”

Tanınmış aparıcı Zaur Kamal özünü xəbər aparıcısı kimi sınamaq istəyib.
“Sherg.az” xəbər verir ki,  Z.Kamal "Həmin Zaur"verilişində  xəbər aparıcısı kimi müğənni Nadir Qafarzadənin gələcəkdə ölüm xəbərini belə səsləndirəcəyini bildirib:
“Azərbaycan incəsənətinə ağır itki üz verib. Hörmətli tamaşaçılar, Nadir Qafarzadə 99 yaşında dünyasını dəyişib”.
N.Qafarzadə isə ona gülərək cavabında bu sözləri deyib:
“Qarğışın başına düşsün, Zaur. Məni camaatdan niyə bezikdirirsən? Ailəni, qohumu, gəlini, nəvəni - hər kəsi bezdirəcəm. 99 yaşımda kimə lazımam? Heç özümə lazım deyiləm. Maksimum 70-75 il yaşamaq istəyirəm. İndi yaşlı insanlar əziyyət çəkir. Düzdür, Allahın yazısıdır”.
 Qeyd  edək ki, aparıcı Zaur Kamal 50-60 yaşında xəbər aparıcısı olmaq istədiyini vurğulayıb