Xəbər verdiyimiz kimi, mərhum gitara ifaçısı Rafiq Hüseynovun(oxu:Rəmiş) qardaşı Vaqif Hüseynov “Elgizlə İzlə” verilişində danışıb. O deyib ki, mərhumun həyat yoldaşı Gülü Hüseynova onlara telefonla əlaqə saxlamağa şərait yaratmayıb:“Gülü telefonla danışmağa icazə vermirdi. Xalamqızı, hətta anam danışmaq üçün zəng etmişdi. Lakin o, dəstəyi Rəmişə verməmişdi”.Rəmişin həyat yoldaşı G.Hüseynova xalq artistinin qardaşının ittihamlarına cavab verib.
G.Hüseynova xalq artistinin böyük qardaşı V.Hüseynovun söylədiyi fikirlərə reaksiya verib:
“Mən Brusli, Vandamam ki, onları Rəmişdən kənar salım? Yalandan deyirlər. Necə olur, digər qardaşları əlaqə saxlayırdı, gəlib-gedirdi. Bircə Vaqif hamı ilə küsülüdü. Anasının da, qardaşının da yasına gəlməyib. Evin kişisi Rəmişdir. Qardaşı zəng edəndə ona telefon verməməyə cürətim çatmazdı.
Qəddar qadın deyiləm, ürəyi yumşaq adamam. Çox əziyyət görmüşəm. Heç vaxt qəddar ola bilmərəm".