Müğənni Nəfəsin paylaşdığı foto müzakirələrə səbəb olub.
“Sherg.az” xəbər verir ki, bu barədə “Həmin Zaur” verilişində danışılıb.
Verilişin aparıcısı Zaur Kamal müğənninin alış-veriş səbətində çəkdirdiyi fotosuna münasibət bildirib:
“Camaat bağda, aranda, dağda, çay kənarında şəkil çəkdirir. Bu isə gör harda şəkil çəkdirir. Hansı ağılla, nə düşüncəylə şəkil çəkdirmisən?”
Müğənni Nəfəs isə aparıcıya cavabında deyib ki, həmin günü çox əylənib:
“O vaxt Moskvada idim. Karantinə görə orda qalmalı oldum. Maraq axtarırdım, darıxırdım. Rəfiqəmlə alış-verişə getmişdim. Şəkil bir az səs-küy yaratdı. Amma yenə də, çox əylənmişdim”.