Müğənni Afət Fərmanqızı Moskvanın Krasnoselsky rayonundan fotolar paylaşıb.
“Sherg.az” xəbər verir ki, onun “Range Rover” markalı avtomobillə foto paylaşması diqqətdən yayınmayıb.
Müğənninin paylaşdığı şəklə izləyicilərdən biri belə rəy yazıb:
“Mən orda yaşamışam, gəzmək üçün heç yaxşı yer deyil”.
A.Fərmanqızı isə izləyicisinə cavab verib:
“Mən sanatoriyadayam, bura gözəldir. Bundan əvvəl restoranda toylarımı oxudum, pulumu qazandım. Ora da gözəl idi. Altımda “Range Rover”, özüm də sanatoriyada kef edirəm. Halımdan da məmnunam, canım”.