"Allahı sevirəm. Övladlar isə Allaha məxsusdur. "Həyatda qızım və yaxud oğlum üçün yaşayıram" deyən adamlara kasıb kimi baxıram".
"Sherg.az"ın məlumatına görə, bu sözləri "Söz Baz" verilişinin qonağı olan əməkdar artist, bəstəkar Elza Seyidcahan söyləyib.
Əməkdar artist xalqı üçün yaşadığını vurğulayıb:
"O qədər cılızam ki, oğlum və ya qızımdan ötrü yaşayım? Onları böyütmüşəm, məndən çıxıblar. Heç onlara da aid deyiləm. Anamı sevirəm. Uşaqlarımı niyə sevməliyəm, onlar məni sevməlidir. Artıq yetəri qədər sevgi vermişəm, evləndirdim. Ad günü keçirdim, bundan sonra da edəcəm. Çünki Allahın övladlarıdırlar".