Nadir Putinlə fotosunu PAYLAŞDI: "Özü bilər..."  - Müğənninin Vladimir sevdası...

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni foto paylaşıb.
"Sherg.az"ın məlumatına görə, müğənni Rusiya - Ukrayna müharibəsinin getdiyi ərəfədə Prezident Vladimir Putin ilə fotosunu paylaşıb.
"Özü bilər... Biz nəsə deməklə hər şey düzəlsəydi, çox söz deyərdik! Heyf, biz acizik"-, deyə o paylaşımında qeyd edib.

Bəzi izləyicilər sözügedən şəkli Rusiyaya dəstək kimi qiymətləndirib.
İstifadəçilər " o nəyi bilir, günahsız insanlara qəsd edir", "ar olsun", "bu necə yanaşmadır, Putinə söyləmək lazımdır ki, günahsız insanlar ölür. V.Putin özü bilər, nə deməkdir "-, kimi şərhlər bildiriblər.