“Qarşıdan gələn 8 Mart və Novruz bayramı münasibəti ilə məni heç bir ümumi təbriklərə, şəkillərə tağ etməyin”.
“Sherg.az”ın məlumatına görə, bu sözləri müğənni Nura Suri “İnstagram” səhifəsində yazıb.
İfaçı bayramlarda yazılan şablon ismarıclara üsyan edib:
“WhatsApp”a hamıya yazdığınız təbriklərdən göndərməyin.
8 Mart Günü qadınlar bir-birilərinə təbrik mesajları yazmasın. Kişilər isə 1 buket gül belə qıymırsa, adi mesajla şəxsən məni təbrik etməsin. Heç kəsdən inciməyəcəm. Spam mesajları özünüzə saxlayın, xonça şəkillərini də.
Anlayış üçün təşəkkür!”.