İfaçı Gülay Zeynallı əməkdar artist, bəstəkar Elza Seyidcahana cavab verib.
"Sherg.az"ın məlumatına görə, sənətçi "İnstagram" səhifəsində bəstəkarla fotosunu paylaşıb.
"Elza xanım, mən sizə və böyüklərə hörmət edən bir xanımam, sizi sevirəm"-, deyə o vurğulayıb.
Qeyd edək ki, E.Seyidcahan onun "Əl çəksin kədər" musiqisini ifa edən G.Zeynallıdan gileylənib.
" "Əl çəksin kədər" əvəzinə, "Əl çəhsin kədər" deyir. "Çəhsin" sözü var? Bəstəkar kimi hər gün maşında dinləyirəm, az qala beynimə qan sızsın. Brend geyinib, özünüzü ledi kimi aparırsız. Ədəbi dilimizi də qoruyun. Hələ "İnstagram"da yazır ki, "mahnını pul verib almışam, ürəyim istədiyi tərzdə oxuyacam". Özü də mahnıya az pul verib, hörmət etmişəm. Gücün çatdığın qədər, al, eybi yox söyləmişəm. Bu gün -sabah o mahnını oxuyaram, görərsiz necə oxuyurlar. Axı Gülayı sevməsəm mahnı vermərəm. Çox istəyirəm, gözəl qızımızdır"-, əməkdar artist söyləyib.