Seda Sayan səhnədə ŞOK YAŞADI

Türkiyəli müğənni Seda Sayan birlikdə çalışdığı musiqiçi Çağlar Öktendən evlilik təklifi aldığı iddia edilir.
“Sherg.az” türk mətbuatına istinadən xəbər verir ki, 6 dəfə ailə həyatı quran və Oğulcan Engin adlı oğlu olan Seda Sayan yenidən nikah masasına oturmağa hazırlaşır.

Milliyet Cadde-də yer alan xəbərə görə, Çağlar Ökten 14 fevral Sevgililər Günü gecəsi Beyoğluda bir məkanda səhnəyə çıxıb.

 Ç.Ökten səhnəsi bitdikdən sonra o, qəfildən cibindəki tək qaş üzüyü çıxararaq məşhur sənətçiyə evlilik təklifi edib.

  Təklifə görə şoka düşən  59 yaşlı sənətçi özündən 25 yaş kiçik Çağlar Öktenə "hə" cavabını verib.