Kanadalı müğənni Castin Biberin model həyat yoldaşı Heyli Biber xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, bu barədə model sosial şəbəkədə məlumat verib. O bildirib ki, qəfildən halı pisləşib:
"Həyat yoldaşımla səhər yeməyi yeyirdik. Birdən iflic kimi oldum. Hərəkət etməkdə çətinlik çəkdim, xəstəxanaya getdik. Beyin damarımda tıxanıqlıq olub, orqanizmim öz-özünə qan laxtasını təmizləyib. Bir neçə saat sonra isə normal halıma qayıtdım. Həyatımın ən qorxulu anı idi".