Damla açıqladı:"Rusiya şou-biznesinə qatılmaq planım..."

Bir neçə gün əvvəl Rusiyaya beynəlxalq uçuşlar təxirə salınıb. Bu səbəbdən azərbaycanlıların ölkəyə qayıtmasında problem yaranıb. 
Problemlə üzləşənlərdən biri də müğənni Damladır.
"Sherg.az" xəbər verir ki, Sank-Peterburqdan "ŞouRum"a müsahibə verən müğənni "Rusiya şou-biznesinə qatılmaq istəyirsən?" sualını belə cavablandırıb:
"Yatsam da, yuxuma gəlməz. Heç vaxt Rusiya şou-biznesinə qatılmaq planım olmayıb. Xəyallarla yaşamamışam. Hər ifaçı öz ölkəsi üçün çalışsa, daha yaxşı olar. Dağa-daşa çıxmağa nə ehtiyac var ki?!".