Nazilə Səfərli:"Qudalarım aş dəmləyib" - Bu lap xəşildir ki

Şairə Nazilə Səfərli ilaxır çərşənbə ilə bağlı sosial şəbəkədə video paylaşıb.
"Sherg.az" xəbər verir ki, şairə sonuncu çərşənbəni Ağdaş rayonunda qudaları ilə birgə keçirir.
"Qudalarım döşəməli aş dəmləyib. Bəs, siz plovun hansı növünü bişirə bilirsiniz"-, deyə instaqram paylaşımında qeyd edib.

N.Səfərlinin izləyiciləri ona "nuş olsun, amma aşı ötürüblər", "bu xəşildir" , "qohumluğunuz möhkəm, övladlarınız xoşbəxt olsun" kimi rəylər bildiriblər.