Damla evdar xanımları ALÇALTDI? - "Elə geyinirlər, sanki səhnə adamlarıdırlar"

Müğənni Damla geyiminə görə tənqid edilib.
"Sherg.az"ın məlumatına görə, mənfi rəylərin qarşısını almaq üçün şərhləri bağlayan müğənni "İnstagram" izləyicilərinə açıqlama verib:

"Bu fotoya görə yazılmayan təhqir, tənqid şərhləriniz qalmadı. Dostlar, idarə etdiyim məclislərdə gənc gəlinlərimizin əksəriyyəti açıq sinə delkolteli gəlinliklər geyinirlər. Hələ bəzi ailəli xanımlarımızın toy libaslarını görəndə bəzən düşünürəm ki, deyəsən, elə evdar xanım mənəm, səhnə adamı onlardır". Bir az böyütməsək, yaxşıdır".