Niyam Aynuru dodağından öpməsindən danışdı: “Bacımdır..." - VİDEO

Müğənni Niyam Salami həmkarı Aynur Dadaşovanı dodağından öpməsindən danışıb.
Axşam.az xəbər verir ki, ifaçı peşman olmadığını deyib.
“Aynuru öpəndə anası, balası yadıma düşür. Bu yaxınlarda səhnədə öpdüm, əcəb etdim. Qızımdır, bacımdır, əzizimdir. Ailəsi var”, - deyə, Niyam bildirib.
Qeyd edək ki, Niyam restoranda səhnədə Aynuru dodağından öpüb. Onların bu görüntüsü sosial şəbəkədə paylaşılıb.