Əməkdar artist Rühəngiz Allahverdiyeva oğlunu sevdiyi qızla ailə qurmağını istəməyib.
"Sherg.az"ın məlumatına görə, bu haqda "Həmin Zaur " proqramında müzakirə açılıb.
Verilişdə qonaq olan müğənni bildirib ki , daha sonra oğlunun həmin xanımla evlənməsinə icazə verib:
"Bəyəndiyi qız olub. Qızı mənə göstərdi , qızdır da... Allahdan böyük rəssam yoxdur. Nəyi bəyənmədiyimi deyə bilmərəm.
Amma sonradan qızın fotosunu gördüm , dünya gözəlidir. Ardınca o başqası ilə evləndi, alınmadı deyə boşandı.
Dedim, oğlumun ürəyi istəyirsə, onunla ailə qursun, razıyam. Ancaq qismət, alınmadı".
İfaçı daha sonra həyat yoldaşının xərçəngdən dünyasını dəyişdiyini söyləyib .