Elşad Qarayev:"Elə toy olub, 38 min dollar qazanmışam"

Müğənni Elşad Qarayev ən fantastik toy qazancını açıqlayıb.
"Sherg.az"ın məlumatına görə, o iştirak etdiyi məclislərdən aldığı ən yüksək məbləği "ŞouRum"un kameralarına söyləyib:
"Səsimlə indiyə qədər ailə saxlamışam. Maşın da, ev də  almışam. Hər şeyi səsimlə qazanmışam. Bir vaxt elə toy olub ki, 38 min dollar payıma pul düşüb".