"İstər sənət adamı, istər vətəndaş ailə qurmayıbsa ya da uğursuz alınıbsa, taleyi gətirməyib və müəyyən yaş dövrünə gəlib çatıb. Hər bir qadının arzusu ana olmaqdır. Kiminsə ailəsini dağıtmadan, özü üçün uşaq dünyaya gətirirsə, bunun nəyi pisdir?
Yaşlananda, ayağım ağrıyıb gedib bir çörək ala, həkimə gedə bilməyəndə bu qınayanlar gəlib mənə kömək edəcək?".
"Sherg.az"ın məlumatına görə, bu sözləri "Tarixin bir günü" verilişinin qonağı əməkdar artist Nigar Şabanova söyləyib.
Onun sözlərinə görə, tək qalmaqdansa, nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır:
"Heç bir qadına tək qalmağı arzu etmirəm. Təklik pis şeydir. Heç birimiz pak deyilik ki, kiminsə həyatını müzakirə edək. Kim nə edirsə, yaxşı edir".
Xanəndə hətta qanunda dəyişikliyin olunmasını istəyib.