Röya konsertə hazılaşır - Biletlərin qiyməti açıqlandı 

Xalq artisti Röya Ayxanın iki il əvvəl təxirə düşən “Nazlı” adlı solo konsertinin tarixi müəyyənləşib. 
"Sherg.az"ın məlumatına görə, bu barədə müğənninin mətbuat xidməti məlumat yayıb.
Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan musiqili gecə 23-24-25 sentyabr tarixlərində baş tutacaq.

Əvvəlki tarixə alınan biletlər keçərli olacaq. 1 saat 30 dəqiqəlik solo konsertin bilet qiymətləri isə 20-150 AZN arası dəyişir. 

Xatırladaq ki, sənətçinin konserti 2020-ci ilin 6, 7, 8 və 9 mart tarixlərində keçirilməsi planlaşdırılırdı.
Lakin həmin dövrdə  koronavirusun qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq konsert təxirə salınmışdı.