Aşıq Əlinin 1078 manat cəriməsi var

Aşıq Əli Tapdıqoğlunun yol hərəkət qaydalarını pozduğu üçün çoxlu cəriməsi olduğu bildirilib. 

Axşam.az xəbər verir ki, bu haqda "Həmin Zaur" proqramında deyilib. Aparıcı Zaur Kamal Əlinin 1078 manat cəriməsi olduğunu söyləyib.

"Kişinin cəriməsi olar. Maşın mənim deyil, atamın adınadır. Mənim maşınım yoxdur. Həmin avtomobil də həyətda dayanıb, onu sürmək olmaz. Toylar başlayanda gedib ödəyəcəm. üstümdə heç bir cərimənin məbləği yoxdur" deyə, aşıq deyib.