Müğənni Damla (Məsumə Əliyeva) bir neçə gün əvvəl "Bəs edər" adlı mahnını səsləndirərək onu ekranlaşdırıb.
Damla Rusiyada yaşayan azərbaycanlı müğənni Nurionun mahnısını icazəsiz şəkildə oxuduğu üçün ifaçılar arasında plagiat qalmaqalı yaranıb.
"Sherg.az"ın məlumatına görə, Nurio instaqram səhifəsindən ifaçıya ismarış göndərib:
"Niyə cavab vermirsiz? Bakıya gəlmişəm. Zəng edirəm, cavab vermirsiz. Mahnımı oğurlamısız, düz etmisiz? Məsələni həll etmək lazımdır. Məhkəmədə görüşək? Cavab verin də!".Qeyd edək ki, kompozisiyanın sözləri Ülvi Qurbanova, musiqisi isə Nurioya aiddir. Klipin rejissoru isə İrem Haykirdirr Mahnının aranjimanı Elvin Musayevə məxsusdur.