Müğənni Türkan Vəlizadə duet ortağı meyxanaçı Pərviz bülbülə ilə "eşq yaşayır" iddialarını yalanlayıb.
"Sherg.az"ın məlumatına görə, müğənni "MTV Maqazin" kameralarına açıqlamasında, sözügedən şayiələrdən boğaza gəldiyini vurğulayıb:
"Söz-söhbətlərdən bezmişəm. Məhz söhbətlər olduğu üçün depressiya keçirirəm. Deyirlər, Pərvizlə duet oxuyursa, deməli, şəxsi münasibətləri var. Belə şeylər danışmaq çox ayıbdır. Biz duet oxuyuruqsa, o demək deyil , aramızda şəxsi münasibətlər var.
Söhbətlərə son qoyulsun. Pərviz ailəli bəy, mən isə subay xanımam. İlk gündən bizi yalnız sənət birləşdirir. Ekrana çıxıb, əlimi "Quran" kitabına qoyum ki, bizi yalnız duet ifalarımız birləşdirir? Başqa söhbət ola bilməz. Toydan ayrıldıq, məkanın qapısından çıxdıq bizdə hər şey bitir".