Şairə Nazilə Səfərlinin oğlu Nurlanın toyu 9 may tarixində gerçəkləşəcək.
"Sherg.az" xəbər verir ki, övladının xeyir işinə hazırlaşan N.Səfərli həyəcanını İnstaqram izləyiciləri ilə bölüşüb:
"İnsanın bağrı çatlamasın deyə, ağır yükün adına "toy" deyiblər. Allahım, sən hər valideynin məsuliyyətli günündə işini rast gətir. Nə çətin imiş, ay başınıza gəlsin. Təki yuxumuzu ərşə çəkən toylar olsun. Vaxt daralır, həyəcanımı yalnız başına gələnlər anlar".