Nazpəri Dostəliyeva: "Yuxuma girdi, halallıq istədi, amma..."

"Bağışlamadığım insan yoxdur. Hətta illər əvvəl mənimlə ciddi konfliktə girən həmkarlarımdan birini də bağışlamışam". 
"Sherg.az" "bizim media" ya  istinadən xəbər verir ki , bu sözləri xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu " Bağ mövsümü " verilişində deyib . Sənətçi ad çəkmədən (qalmaqal yaşadığı Mərhum Xalq artisti İlhamə Quliyevaya işarə edərək) yuxusuna girib , halallıq istəyən şəxsi bağışladığını açıqlayıb:  
"Sevinirəm ki, aciz olmadım. Söhbət dünyadan köçən şəxsdən gedir. Onu bağışladım və yasin oxutdurdum. Allah qəbul etsin. Çünki yuxuma girdi. Halallıq istədi, amma ondan əvvəl artıq onu bağışlamışdım. Böyük Allah bağışlayandır, biz isə onun bəndələriyik".
 Qeyd edək ki , mərhum İlhamə Quliyeva vaxtilə  Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək  həmkarını məhkəməyə verib.O , iddia ərizəsində şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib.