Damla bu geyimə 3 min manat xərcləyib - FOTOLAR

Müğənni Damla musiqisevərlərə təqdim etdiyi "İlan" klipi ilə bağlı səs-küy səngimək bilmir. İfaçının klipdə istifadə etdiyi kosmonavt geyiminin maddi dəyəri açıqlanıb.

Bu barədə "Sherg.az"a sənətçinin prodüseri Şamil İbrahimov məlumat verib. Onun sözlərinə görə, ekran işində istifadə edilən kosmonavt forması üçün Damla 3 min manatından keçməli olub. Geyimin bir saatlıq kirayə haqqı isə 1000 manata başa gəlib. 

Qeyd edək ki, “İlan” bugünə kimi “YouTube” trendindədir. Klipi Orkhansway ərsəyə gətirib. Sözü və musiqisi Miroya aid mahnı üçün Damla klipdə gah rahibə, gah da kosmonavt obrazlarında olub.